Üslub nədir
Üslub (Style) şrift, ölçü, rəng, abzas və aralıq parametrlərinin adlandırılmış dəstidir. Home tabındakı Styles qalereyasından seçilir. Normal üslubu adi mətn, Heading 1–9 başlıqlar, Title sənəd adı, Quote sitat üçündür.
Üslublar iki növdür: abzas üslubu (bütün abzasa) və simvol üslubu (seçilmiş sözlərə). Heading üslublarından istifadə mündəricatı avtomatik yaratmağa, Navigation Pane-də strukturu görməyə imkan verir.
Üslubun dəyişdirilməsi
Üslub üzərində sağ klik > Modify ilə onun parametrləri dəyişdirilir və bu üslub tətbiq olunmuş bütün abzaslarda yenilənir. Seçilmiş mətnin formatına uyğun yeni üslub yaratmaq üçün Create a Style əmri var.
Qısayollar: Ctrl+Alt+1 Heading 1, Ctrl+Alt+2 Heading 2, Ctrl+Shift+N Normal üslubu tətbiq edir.
Design tabı: Themes və şablonlar
Design > Themes bütün sənədin rəng, şrift və effekt dəstini birdən dəyişir. Document Formatting qalereyası üslub dəstlərini təklif edir. Page Color, Watermark və Page Borders də bu tabdadır.
Şablon (.dotx) hazır üslub və məzmunla yeni sənəd yaratmaq üçündür: File > New.
