Qədim dövr
Azərbaycan ərazisi insanın ən qədim məskənlərindəndir: Füzuli rayonundakı Azıx mağarasında qədim insan izləri tapılmışdır. Qobustanın qayaüstü təsvirləri qədim həyat tərzini əks etdirir.
E.ə. I minillikdə Manna (mərkəzi İzirtu), sonra Atropatena (banisi Atropat) dövlətləri yaranmışdır. Şimalda Qafqaz Albaniyası mövcud idi; ilk paytaxtı Qəbələ, sonra Bərdə olmuşdur.
Erkən və inkişaf etmiş orta əsrlər
VII əsrdə ərəblər Azərbaycanı tutdu; IX əsrdə Babəkin başçılığı ilə Xürrəmilər hərəkatı baş verdi (mərkəzi Bəzz qalası). Sacilər, Şirvanşahlar, Şəddadilər kimi dövlətlər yarandı.
XII əsrdə Eldənizlər (Atabəylər) dövləti qüdrətləndi; Naxçıvanda memar Əcəmi Möminə xatın türbəsini tikdi.
Son orta əsrlər
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən sonra 1501-ci ildə I Şah İsmayıl Səfəvi dövlətini qurdu (paytaxt Təbriz). 1514-cü ildə Çaldıran döyüşü oldu. I Şah Abbas paytaxtı İsfahana köçürdü.
XVIII əsrin ortalarında Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqlar yarandı (Qarabağ – Pənahəli xan, Quba – Fətəli xan nüfuzlu idi).
