Rusiya işğalı və XIX əsr
1804–1813 və 1826–1828-ci illərin Rusiya–İran müharibələrindən sonra Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri bağlandı. Azərbaycan torpaqları Araz çayı boyunca bölündü.
1875-ci ildə Həsən bəy Zərdabi ilk Azərbaycan dilli qəzet olan “Əkinçi”ni nəşr etdi.
Azərbaycan Xalq Cümhuriyyəti
28 may 1918-ci ildə Tiflisdə Milli Şura Azərbaycanın istiqlalını elan etdi; Şuranın sədri M.Ə. Rəsulzadə, ilk hökumətin başçısı F.X. Xoyski idi. 26 iyun 1918-ci ildə Milli Ordu yaradıldı, 9 noyabr 1918-ci ildə üçrəngli bayraq qəbul olundu.
Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını azad etdi. Cümhuriyyət 28 aprel 1920-ci ildə süqut etdi.
Müstəqillik dövrü
20 Yanvar 1990 faciəsindən sonra 18 oktyabr 1991-ci ildə “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. 26 fevral 1992-ci ildə Xocalı soyqırımı törədildi.
15 iyun 1993 – Milli Qurtuluş Günü; 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı, 12 noyabr 1995-ci ildə Konstitusiya qəbul edildi. 27 sentyabr – 10 noyabr 2020-ci il Vətən müharibəsində Şuşa 8 noyabrda azad olundu.
