Layout tabı
Layout (Page Layout) tabında Margins (kənar boşluqları), Orientation (Portrait/Landscape), Size (kağız ölçüsü), Columns (sütunlar), Breaks (kəsilmələr) və Line Numbers əmrləri yerləşir. Word-un standart (Normal) kənar boşluqları hər tərəfdən 2,54 sm (1 düym) təşkil edir. A4 kağızı 21 × 29,7 sm-dir.
Gutter ciltləmə üçün əlavə boşluqdur. Mirror margins iki tərəfli çap üçün içəri/çöl kənarları təyin edir.
Kəsilmələr (Breaks)
Page Break (Ctrl+Enter) mətni yeni səhifədən davam etdirir. Column Break (Ctrl+Shift+Enter) mətni növbəti sütuna keçirir. Section Break (bölmə kəsilməsi) növləri: Next Page, Continuous, Even Page, Odd Page.
Hər bölmənin öz istiqaməti, sütun sayı, başlığı/altlığı ola bilər. Məsələn, sənədin ortasındakı bir səhifəni Landscape etmək üçün bölmə kəsilməsi lazımdır.
Header, Footer və səhifə nömrələri
Header (başlıq) səhifənin yuxarı, Footer (altlıq) aşağı hissəsidir. Onları açmaq üçün Insert > Header/Footer seçilir və ya həmin sahəyə ikiqat klik edilir. Different First Page birinci səhifədə başlığı fərqli edir, Link to Previous isə bölmələrin başlıqlarını əlaqələndirir və ya ayırır.
Səhifə nömrəsi Insert > Page Number ilə əlavə olunur (Top, Bottom, Margins, Current Position), Format Page Numbers ilə başlanğıc nömrə və format dəyişdirilir. Cover Page (Insert) hazır titul səhifəsi əlavə edir.
