XIX əsr ədəbiyyatı
Mirzə Fətəli Axundzadə Azərbaycan dramaturgiyasının banisidir; altı komediya və “Aldanmış kəvakib” povestini yazmışdır. Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri ilk Azərbaycan faciəsidir.
Xurşidbanu Natəvan Şuşada “Məclisi-üns” ədəbi məclisinə başçılıq edirdi. Seyid Əzim Şirvani Şamaxıda məktəb açmış, Sabir onun şagirdi olmuşdur. Aşıq Ələsgər Göyçə aşıq mühitinin ustadıdır.
XX əsrin əvvəlləri
1906-cı ildə Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını, Əli bəy Hüseynzadə “Füyuzat”ı nəşr etdi. Mirzə Ələkbər Sabirin şeirləri “Hophopnamə”də toplanıb. Üzeyir Hacıbəyli 1908-ci ildə “Leyli və Məcnun” operasını yaratdı.
Hüseyn Cavid “Şeyx Sənan”, “İblis”, Cəfər Cabbarlı “Od gəlini”, “Sevil”, “Almaz” əsərlərini yazmışdır. Dövlət himninin sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəylinindir.
Sovet və sonrakı dövr
Səməd Vurğun “Vaqif” dramının, Mikayıl Müşfiq “Oxu, tar” şeirinin müəllifidir. Mir Cəlal “Dirilən adam”, İlyas Əfəndiyev “Sarıköynək və Valeh”, Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazmışdır.
