a / an / the
a/an qeyri-müəyyən artikldir, sayılan tək isimdən əvvəl işlənir. an sait SƏSİ ilə başlayan sözdən əvvəl gəlir: an apple, an hour, amma a university.
the müəyyən artikldir: artıq bəhs olunan, yeganə (the sun) və üstün dərəcəli (the best) isimlərdən əvvəl işlənir.
Sıfır artikl
Ümumi mənada cəm və sayılmayan isimlər, əksər ölkə, şəhər adları, yemək adları (have breakfast) və idman növləri artiklsiz işlənir. Amma the USA, the UK, the Caspian Sea kimi adlar the ilə gəlir.
Kəmiyyət təyinediciləri
many/few sayılan, much/little sayılmayan isimlərlə işlənir. a few/a little "bir az (kifayət qədər)", few/little isə "çox az (az olduğu üçün mənfi)" deməkdir.
some adətən təsdiq cümlələrində, any isə sual və inkar cümlələrində işlənir.
Mini-test: 20 sual
1 / 20
Artikllər və təyinedicilər
