Səs və hərf
Müasir Azərbaycan əlifbası latın qrafikalı 32 hərfdən ibarətdir. Dildə 9 sait səs var: a, ı, o, u (qalın) və e, ə, i, ö, ü (incə).
Saitlər dodaqların iştirakına görə dodaqlanan (o, ö, u, ü) və dodaqlanmayan saitlərə bölünür. Samitlər kar (p, t, s, ş, ç, f, x, h, k) və cingiltili olur.
Ahəng qanunu və səs hadisələri
Ahəng qanununa görə Azərbaycan mənşəli sözlərdə saitlər ya hamısı qalın, ya da hamısı incə olur (qardaş, gözəl). Alınma sözlər (kitab, məktəb) bu qanuna çox vaxt tabe olmur.
Çoxhecalı sözlərin sonundakı k və q samitləri saitlə başlanan şəkilçidən əvvəl y və ğ ilə əvəzlənir: çörək – çörəyi, ayaq – ayağı.
Leksika
Sinonimlər mənaca yaxın (igid – cəsur), antonimlər əks mənalı (isti – soyuq), omonimlər isə yazılışı eyni, mənası tamamilə fərqli sözlərdir (yaş – ömür illəri; yaş – nəm).
Arxaizmlər dildə işlənməkdən çıxmış köhnə sözlərdir (sü – qoşun, yağı – düşmən, us – ağıl). Frazeoloji birləşmələr məcazi mənada işlənən sabit söz birləşmələridir (ağzı qulaqlarına çatmaq – çox sevinmək).
