Qrafik elementlər
Insert tabında Pictures, Shapes, Icons, 3D Models, SmartArt, Chart, Text Box, WordArt, Screenshot əmrləri var. Şəkil seçildikdə Picture Format tabı görünür: Crop, Remove Background, Corrections, Color, Picture Styles, Alt Text.
Text Wrapping (mətnlə əlaqə) variantları: In Line with Text, Square, Tight, Through, Top and Bottom, Behind Text, In Front of Text. Şəkli sərbəst yerləşdirmək üçün In Line with Text istisna olmaqla başqa variant seçilir. Alt Text şəkilin təsvirini ekran oxuyucular üçün verir.
Rəy və izləmə
Review tabında Track Changes (Ctrl+Shift+E) edilən dəyişiklikləri qeyd edir. Accept və Reject dəyişikliyi qəbul/rədd edir. Display for Review: Simple Markup, All Markup, No Markup, Original.
New Comment (Ctrl+Alt+M) şərh əlavə edir. Compare iki sənədi müqayisə edir, Combine isə bir neçə müəllifin redaktəsini birləşdirir. Restrict Editing sənədin redaktəsini məhdudlaşdırır.
Paylaşma
Share əmri sənədi onlayn paylaşmağa və birgə redaktəyə imkan verir. Sənəd Accessibility Checker ilə əlçatanlıq baxımından yoxlana bilər.
