Mündəricat (Table of Contents)
References > Table of Contents hazır və ya fərdi mündəricat əlavə edir. Mündəricat Heading 1–3 kimi üslublara əsaslanır. Sənəd dəyişəndən sonra mündəricatı Update Table ilə (və ya F9) yeniləmək lazımdır: Update page numbers only və Update entire table seçimləri var.
Mündəricatdakı başlıqlara Ctrl+klik etdikdə həmin yerə keçid olur, çünki məlumatlar hiperlink kimi işləyir.
Qeydlər, başlıqlar və çarpaz istinadlar
Footnote (alt qeyd) səhifənin aşağısında, Endnote (son qeyd) sənədin və ya bölmənin sonunda yerləşir. Qısayollar: Ctrl+Alt+F footnote, Ctrl+Alt+D endnote. Standart olaraq footnote ərəb rəqəmləri (1, 2, 3), endnote isə kiçik romen rəqəmləri (i, ii, iii) ilə nömrələnir.
Insert Caption cədvəl və şəkillər üçün avtomatik nömrələnmiş başlıq (Figure 1, Table 1) yaradır. Insert Table of Figures bu başlıqların siyahısını verir. Cross-reference sənədin başqa yerinə (başlıq, caption, səhifə nömrəsi) avtomatik yenilənən istinad edir.
Bibliografiya, indeks və əlfəcin
Insert Citation mənbə əlavə edir, Manage Sources mənbələri idarə edir, Style siyahısı APA, MLA, Chicago kimi üslubları təklif edir, Bibliography isə ədəbiyyat siyahısını yaradır.
Index üçün söz Mark Entry (Alt+Shift+X) ilə qeyd edilir, sonra Insert Index əlavə olunur. Bookmark (əlfəcin) sənəddə müəyyən yerə ad verir; Ctrl+K hiperlink pəncərəsi vasitəsilə əlfəcinə keçid yaratmaq olar.
