Sözün quruluşu
Sözlər quruluşca üç yerə bölünür: sadə (kök: su, ev), düzəltmə (kök + sözdüzəldici şəkilçi: gözəllik, işçi) və mürəkkəb (iki və ya daha çox kökün birləşməsi: dəmiryolu, kitabxana).
Mürəkkəb sözlərin növləri: birləşmə (bitişik: dəmiryolu), cüt söz (defislə: ata-ana, gecə-gündüz), təkrar söz (defislə: yavaş-yavaş).
Sözün mənası
Sinonim — yaxın, antonim — əks, omonim — yazılışı eyni, mənası fərqli sözdür. Frazeoloji birləşmə mənası ayrı-ayrı sözlərin mənasından çıxmayan sabit ifadədir: əl çəkmək (vaz keçmək).
Lüğət tərkibi mənşəcə ilkin (türk) və alınma sözlərə, işlənmə dairəsinə görə arxaizm və neologizmə bölünür.
Mini-test: 20 sual
1 / 20
Söz yaradıcılığı və lüğət tərkibi
