İnzibati hüququn əsasları
İnzibati hüquq icra hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti, dövlət idarəçiliyi ilə bağlı münasibətləri tənzimləyir. Münasibətlərdə tərəflərdən biri dövlət orqanı və ya səlahiyyətli şəxsdir (hakimiyyət-tabeçilik əlaqəsi).
İnzibati hüququn mənbələri: Konstitusiya, qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları və s.
İnzibati xətalar
İnzibati xəta qanunla inzibati məsuliyyət nəzərdə tutulmuş, cinayət dərəcəsinə çatmayan qanunazidd əməldir. İnzibati Xətalar Məcəlləsi inzibati xətaları, cəza növlərini (xəbərdarlıq, cərimə və s.) və icraat qaydalarını müəyyən edir.
İnzibati məsuliyyət 16 yaşdan başlayır.
İnzibati prosedur
İnzibati akt inzibati orqanın konkret hüquqi nəticə yaradan qərarıdır. Vətəndaş inzibati aktdan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
